Bu il qəbul imtahanlarında 27227 abituriyentin ali məktəblərə qəbul ola bilməməsi müzakirələrə səbəb olub. Onların əksəriyyəti oğlandır. İndi əsgər getməyə hazırlaşan gənclərin 1 il 6 aylıq hərbi xidmət dövründə əldə etdikləri biliklərin xeyli hissəsinin yaddan çıxacağı bildirilir. Ona görə də təklif olunur ki, həmin gənclərimizə 1 il möhlət hüququ verilsin. Bununla yanaşı, orta təhsilli şəxslərin hərbi xidmət dövrünün 1 il 6 aydan 1 ilə, ali təhsilli şəxslərin isə 1 ildən 9 və ya 6 aya endirilməsi təklif olunur.
BUTA.TV xəbər verir ki, məsələylə bağlı Bakupost.az-a danışan hərbi ekspert Azad İsazadə çağırış prosesinin özünün istər-istəməz reformalar keçirməli olduğunu bildirib.
O, bu istiqamətdə müzakirələrin aparılmasına ehtiyac olduğunu deyib:
“Məncə, ildə dörd çağırış çoxdur, yazda və payızda iki çağırışa keçməyi təklif edirəm. Sözsüz ki, ali məktəblərə qəbul olmayan gənclər əsgər getməlidir. Onlara möhlət hüququnun verilməsini düzgün hesab etmirəm. Ümumiyyətlə, proses get-gedə müqaviləli xidmət istiqamətində gedir. Hərbi peşəsindən asılı olaraq buna uyğun onların karantin müddəti təyin oluna bilər”.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!