ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş erməni ictimaiyyətində böyük səs-küyə səbəb oldu və birmənalı qarşılanmadı.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, liderlərin görüşündən sonra Paşinyana bağlı media qurumları və sosial şəbəkə hesabları 1997-ci ildə Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanın İstanbula səfəri və Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə görüşünü əks edirən videoları paylaşmağa başlayıblar.
Bununla da Ermənistan rəhbərliyinin daha əvvəl də iqtisadi maraqlar çərçivəsində Türkiyə ilə əlaqələrinin olduğu vurğulanıb.
27 il əvvələ aid video sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə İstanbulda Ermənistan prezidentinin rahat davranışları, Türkiyə prezidenti ilə normal münasibətləri və görüşü diqqət çəkib.
Sözügedən görüş 1997-ci ildə İstanbulda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Konfransı (QDİƏT) çərçivəsində baş tutub. O zaman Azərbaycan Prezidenti Heydər Əliyev də həmin konfransda iştirak edib. Səfər çərçivəsində Türkiyənin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri bir araya gəlib və Qarabağ münaqişəsini müzakirə ediblər. Hətta Ulu Öndər Heydər Əliyev və Türkiyə prezidentinin o zaman sülh istiqamətində təşəbbüsləri bir çox dünya siyasətçiləri tərəfindən təqdir edilib.
Həmin illərdə Qarabağ məsələsinin sülh yolu ilə həllinə dair Petrosyanın yayımladığı məqalə böyük qalmaqala səbəb olub. Görüş çərçivəsində Bakı və İrəvanın problemin həlli ilə bağlı vahid plan razılaşdırdığı, lakin Rusiyanın buna mane olmağa çalışdığı yayılan iddialar arasındadır.
Petrosyan İstanbula səfərdən bir il sonra – 1998-ci ildə Xocalı qatili Robert Köçəryanın rəhbərlik etdiyi, arxasında Moskvanın dəstəyi olan “erməni milliyyətçiləri”nin təşəbbüsü ilə hakimiyyətdən uzaqlaşdırılıb.
27 il əvvəl İstanbulda çəkilən görüntüləri təqdim edirik:
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video