“Əl-Ərəbiyyə" televiziyasında 2 gün əvvəl qonaq olan Livandakı Ərəb İslam Şurasının baş katibi Məhəmməd Əli əl-Hüseyninin Hizbullah lideri Həsən Nəsrullahla bağlı dedikləri sosial şəbəkələrdə marağa səbəb olub.
BUTA.TV xəbər verir ki, bununla bağlı X sosial şəbəkə platformasında verilişdən bir fraqment paylaşılıb.
Videoda o, Nəsrullaha müraciətlə artıq vəsiyyətini yazmalı olduğunu bildirib:
"Vəsiyyətini yaz. İran səni və qrupunu satdı. Başının qarşılığı olaraq İranın hansı razılaşma əldə etdiyini bilsən, hər şey tərsinə dönər. Sənə Qüdsü göstərənlər səni satdı. Ümid edirəm, gec olmadan hər şeyin fərqinə vararsan".
Qeyd edək ki, ötən gün İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində Hizbullah lideri Həsən Nəsrullahı öldüyü bildirilir.
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video