İsrail ordusunun Livana ağır zərbələri Baş nazir Benyamin Netanyahunun populyarlığını artırıb.
BUTA.TV xəbər verir ki, bu sözləri İsrailin "Haaretz" qəzetinin siyasi analitiki Akiva Eldar “Əl-Cəzirə” telekanalına deyib.
"İsraillilər Beyrutda hündürmərtəbəli binaların çökməsi görüntülərinə sevinirlər. Bu, yəhudilərin ən yaxşı orduya sahib olduğunu göstərir”, - o bildirib.
O qeyd edib ki, Netanyahu indi İsrailin ən böyük qəhrəmanıdır:
“Netanyahu Livanda atəşkəs çağırışı edən ABŞ-ın iradəsinə boyun əymədən şimal sakinlərini (İsrailin şimalı – red.) evlərinə qaytaracaq qalib lider obrazındadır”.
- "Samur" sərhəd komendantlığı xidməti istifadəyə verildi
- “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı
- Rasim İldırımzadəyə hökm oxundu
- Xanım sahibkar ölkədən 200 min dollar çıxartdı
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video