Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə yetirməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Report-un sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, oktyabrda baş tutacaq BRICS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta bilər:
"Əgər onlardan təklif gələrsə, bir hər zaman bu danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq.
2020-ci ilin noyabr ayının əvvəlində iştirakımızla razılaşdırılanları həyata keçirməyə də həmişə hazırıq. İki il ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri üç dəfə görüşüblər. Üçtərəfli işçi qrupu yaradılıb, nəqliyyat və kommunikasiyaların bərpası, sərhədlərin demarkasiyası, delimitasiyası və sair mexanizmlər üzərində birgə işləmişik. Biz çiyin-çiyinə durmağa və orada təsbit olunmuş bütün öhdəliklərə əməl etməyə hazırıq".
- Əsədovdan aqrar sektorla bağlı qərar
- Qubada yolun asfalt örtüyü çökdü - Foto
- İranla Yeni Zelandiyanı səhv saldı - Şərhçilikdən məhrum edildi
- Bu yolda sürücülərə 40 manat cərimə yazılır - Video
- “Mən diktator deyiləm, bu dünyadakı yerimi bilirəm”
- Rayonlarda pensiyalar nə vaxt veriləcək?
- Bakıda usta iş yerində öldü
- Prezident fərman imzaladı