“Türk Hava Yolları” aviaşirkəti (THY) 30 sentyabr - 1 oktyabr tarixlərinə Brüsselə nəzərdə tutulan bəzi reyslərini qarşılıqlı olaraq təxirə salıb.
BUTA.TV xəbər verir ki, bu barədə şirkətdən verilən açıqlamada bildirilib.
Məlumatda qeyd edilib ki, səfərlər Brüssel hava limanında işləyən təhlükəsizlik və bəzi texniki bölmə işçilərinin oktyabrın 1-ə planlaşdırdıqları etiraz aksiyası ilə bağlı həyata keçirilməyəcək.
Bu səbəbdən aviaşirkət tərəfindən sentyabrın 30-na nəzərdə tutulan bir, oktyabrın 1-də isə yeddi İstanbul-Brüssel-İstanbul səfəri ləğv edilib.
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı
- Hidayət Orucovun cənazəsi Bakıya gətirildi