Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Huey II” helikopteri ölkənin şərqində qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro X sosial şəbəkəsindəki hesabında bildirilib.
“Viçada departamentində humanitar missiyada olan Kolumbiya Hərbi Hava Qüvvələrinin səkkiz əməkdaşının ölümünü təəssüflə bildirirəm. Onların helikopteri qəzaya uğrayıb. Ölkə üçün bu kədərli məqamda ailələrə həmrəy olduğumu bildirirəm”, - deyə o bildirib
Qəzanın səbəbləri hələ müəyyən edilməyib.
- Bakının əsas prospektləri birləşəcək - Rəsmi
- Müəllim və şagirdlərin geyimi ilə bağlı tələblər - Qanuna salınır
- Məktəbli formasına dair tələblər hüquqi müstəvidə təsbit edilir
- Məhkəmə Əli Kərimli barədə qərar verdi
- Niyə “Sədərək” hər yay yanır? - Səbəb
- Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
- Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
- 24 yaşlı Məryəmin öldüyü hadisənin - Təfərrüatı