İğtişaşların davam etdiyi Gürcüstanda “rəngli inqilab” ssenarisinin həyata keçirilməsi məqsədilə xarici ölkələrdən qrupların göndərildiyi haqda məlumatlar var.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, Gürcüstan hakimiyyəti Ukraynadan xüsusi “diversantların” göndərildiyini bəyan etmişdi. Lakin bu, müxaifət tərəfindən təkzib edildi.
Şərqi Avropa ölkələri, eləcə də Baltikyanı ölkələrdən də “rəngli inqilab” üzrə hazırlanmış xüsusi qrupların Gürcüstana göndərildiyi xəbərləri yayılır. Hakimiyyətin devrilməsi məqsədilə Tiflisə qruplar göndərən ölkələr arasında Ermənistanın da adı çəkilir. Məlumatlara görə, iğtişaşlara dəstək vermək üçün ermənilərin göndərilməsi tapşırığını Ermənistanın baş naziri Nikol Paşonyan verib.
Ermənistanda “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants da bildirib ki, onda bununla bağlı məlumatlar var.
“Paşinyan Gürcüstanda hakimiyyətin dəyişməsini ürəkdən istəyir. Məndə olan məlumata görə, Gürcüstanda keçirilən etiraz aksiyalarında Ermənistandan göndərilən 400-500 nəfərlik qrup da iştirak edir”, - o bildirib.
- Kəlbəcərdəki bu hadisələr hərbi cinayətdir - Araik
- Bu şəxslər Amnistiya ilə cəzadan azad ediləcək – Qərar
- Azərbaycanlı trollar Ərdoğanı, görün, necə şantaj edir
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı