Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Azərbaycanla sərhədə gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanla Azərbaycan sərhədindəki AB-nin müşahidə missiyası məlumat yayıb.
“Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək bizim üçün böyük şərəfdir”, - məlumatda deyilir.
Səfirə missiyanın işi barədə məlumat verilib:
“O, bizim fəaliyyətimizə canlı nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə də qoşulub”.
Qeyd edək ki, Dekottini vaxtaşırı olaraq sərhədimizə baxış keçirir.
- Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir
- Paşinyan Bakı ilə razılaşmadan danışdı
- Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
- KİV: İrəvan Bakı qarşısında silahlarla bağlı öhdəlik götürüb
- Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok
- “Sədərək”də yanğın gecə saatlarında şiddətləndi - Video
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...