Yaxın Şərqdə qalib gəlib Cənubi Qafqazı əldən vermək olmaz. Xalqın iradəsi ilə Suriyada rejimi dəyişməyə beynəlxalq hüquq çərçivəsində kömək edən qardaş ölkə üsyanın ilk olaraq başlandığı türkmanların -azərbaycanlıların yaşadığı Hələbdə olduğu kimi, Gürcüstanda da yüz minlərlə soydaşımızın mənafelərinin qorunmasında Azərbaycan lideri İlham Əliyevin strategiyası ilə hərəkət edəcəyinə, Dəməşqdə qazanıb, Tiflisdə və İrəvanda itirməyəcəyinə inanırıq.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, Suriyanın bütövlüyünü təmin etmək mümkün olsa, Azərbaycan və Türkiyənin yardımı ilə türkmanlar dövlət idarəçiliyinin bütün qollarında təmsil olunmalıdır:
“Zəngəzur dəhlizinin açılması, Naxçıvanın Bakı ilə quru yollarla birləşməsi Gürcüstan və Ermənistanı türk dünyasına qarşı çevirmək planlarına zərbə vuracaq, Türkiyə və Azərbaycanın Yaxın Şərqdən Cənubi Qafqaza qədər böyük regionda növbəti qələbəsi olacaqdır”.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi