Biz qonşularımızla heç zaman qarşıdurmaya girmərik. Dünyada qədim dostluq və ya düşmənçilik ənənələri olmur. Sadəcə müəyyən məsələlərdə fikir ayrılıqları yaşana bilər.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçu Teleqraf.com-a müsahibəsində deyib.
“Rusiya ilə Türkiyə arasında geniş mənada anlaşılmazlıq ola bilməz. Aleksandr Dugin yaxın günlərdə əsassız açıqlama vermişdi və sonra səhvini başa düşdü. Dövlət ağlı ilə düşünmək lazımdır. 40 dəfə düşün, bir dəfə danış.
İki ölkənin prezidentlərinin də münasibətləri olduqca yaxşıdır. Bu, ölkələrin əlaqələrinə təsir edib. Sanksiyalar fonunda Rusiya Türkiyə üzərindən nəfəs alır. Belə olan halda boş sözlərə nə ehtiyac var?”, - Topçu bildirib.
Qeyd edək ki, rusiyalı ultra-mühafizəkar filosof və “Rus dünyası”nın ideoloqu Aleksandr Dugin Suriya məsələsinin Ərdoğan üçün strateji səhv olduğunu demişdi.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər