MİT başqanı İbrahim Kalının Dəməşqə səfəri əhəmiyyətlidir. Bu, Əsəd devrildikdən sonra Suriyaya gedən ilk xarici heyətdir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İ.Kalının Dəməşqə səfəri haqda bildirib.
O qeyd edib ki, Türkiyə rəsmilərini Dəməşqə Suriyanın keçici hökuməti dəvət edib:
“Suriyada günlərdir Əsədin devrilməsi sevinci yaşanır, yeni hökumət eyni zamanda ilk gündən insanların sosial problemlərinin həlli, infrastruktun bərpası barədə düşünməlidir. Ancaq bunun üçün Suriyanın resursları məhduddur, kənar dəstəyə ehtiyacları var. Suriyanın milli pulu o qədər dəyərdən düşüb ki, Dəməşqdə Türkiyə lirəsi işlənir. Ona görə Dəməşqdəki rejim ilk olaraq Ankaraya müraciət edib.
Bu, Türkiyənin də xeyrinədir. Türkiyə Əsəddən sonrakı dövrdə Suriyada əsas rollardan birini oynayacaq. Rusiya və ABŞ Suriya məsələsində Türkiyə ilə məsləhətləşmək məcburiyyətindədirlər. Təsadüfi deyil ki, ABŞ Dövlət katibi Entoni Blinken sabah Ankaraya gələcək, digər Avropa liderləri də Suriya məsələsində Türkiyə rəsmiləri ilə məsləhətləşirlər.
Türkiyənin illər öncə milyonlarla suriyalıya sığınacaq verməsi də hazırda Ankaranın işinə yarayır. Dolanışıq imkanı qazanan və türk dilini öyrənərək geri qayıdan suriyalılar vətənlərində Türkiyənin lobbiçisinə çevriləcəklər”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər