Rusiyalı ermənipərəst politoloq Modest Kolerov erməni mediasına müsahibəsində Suriyada hakimiyyətə gələnlərin “Əfqanıstanda olduğu kimi”, terrorçular olduğunu bildirib.
BUTA.TV xəbər verir ki, Kolerov bunu “dövlətinin rəsmi mövqeyi” ilə əsaslandırıb.
O etiraf edib ki, Rusiya onları “mələk” adlandırmağa qərar verənə qədər onları terrorçu saymağa gücü çatacaq:
“Təbii ki, onlar (Suriyada hakimiyyətə gələnlər – red.) səfərbər etdikləri hərbi qüvvələri azaltmağa başlayacaqlar və onlar Suriyanı tərk etməyə məcbur olacaqlar. Onlar isə uzağa getməyəcəklər, çünki təyyarə bileti almağa imkanları yoxdur. Onlar Cənubi Qafqaza maşınla və ya piyada gəlib, yeni iş tapmağa çalışacaqlar. Bunun üçün isə onlara pul ödəyəcək, nəqliyyat xərclərini qarşılayacaq biri lazımdır. Yəni sponsor taparlarsa, Qafqaza gələrlər”.
Erməni jurnalistin “Həmin sponsor Türkiyə və Azərbaycan ola bilərmi?” sualına isə rus ekspert belə cavab verib:
“Bilirəm ki, siz Azərbaycanı və Türkiyəni “sevirsiniz”, amma ədalətli olmaq lazımdır, onların terrorçular nəyinə lazımdır?”
Qeyd edək ki, Kolerovun dolayısı ilə İrana işarə etməsi diqqətdən yayınmayıb.
- Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir
- Paşinyan Bakı ilə razılaşmadan danışdı
- Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
- KİV: İrəvan Bakı qarşısında silahlarla bağlı öhdəlik götürüb
- Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok
- “Sədərək”də yanğın gecə saatlarında şiddətləndi - Video
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...