Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.
BUTA.TV xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular:
“Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğ 6 min manat müəyyən edilib.
Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar. Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər”.
V.Bayramov aşağıdakı sənədlərin tələb olduğunu bildirib:
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;
- əmək kitabçasının surəti;
- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.
Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlərlə müraciət edib həmin müvainəti ala bilərlər. Bütün bunlarla yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.
- “İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir
- Tələyə düşən İranın qisası: Tehran Türkiyəyə də zərbə endirəcək?
- ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi
- Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında
- Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi
- Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!
- Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video
- Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi