Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin birgə xəritəsi yaradılır. Bununla bağlı bəyannamə imzalanıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin Xəritəçəkmə idarəsinin rəisi, general-mayor Osman Alp məlumat verib.
O bildirib ki, xəritədə yaşayış məntəqələrinin adları, inzibati quruluşu, əhali bölgüsü, miqrasiyalar, mədəni sərvətlər, adət və ənənələr, danışılan ləhcələr, hansı bölgədə hansı xörəklərin hazırlandığı kimi tematik məlumatlar yerləşdiriləcək.
General-mayor diqqətə çatdırıb ki, məqsəd həm coğrafi, həm də mədəni xəritə yaratmaqdır:
“Birinci mərhələdə topoqrafiya, hidroqrafiya, bitki örtüyü və yaşayış məntəqələri kimi əsas məlumatları özündə əks etdirən əsas xəritə tez bir zamanda hazırlanacaq. Xəritələr Türk dövlətlərini Türk birliyi adına bir araya gətirəcək mühüm simvol olacaq”.
Qeyd edək ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir də paylaşım edib.
Səfirin paylaşımını təqdim edirik:
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər