Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, o, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyanın gücləndiyini etiraf edib:
"Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib".
Ərazi Kəşfiyyatı üzrə Milli İdarənin dənizaşırı ərazilərdəki hərəkatlara təsir gücünün zəif olduğunu etiraf edən B.Çamoulaud bildirib ki, informasiya müharibəsi şəraitində Kemi Seba kimi şəxslər "fransız diplomatiyasına zərbə vurur".
Xatırladaq ki, Kemi Seba bu ilin oktyabrında Bakıda keçirilən "Afrikada Fransanın neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasında olduğunu bildirmişdi. Azərbaycandan qayıtdıqdan sonra Fransa xüsusi xidmət orqanları onu saxlasa da, tezliklə sərbəst buraxmağa məcbur olmuşdu.
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir
- Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...
- Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb
- Ölkədə bu qurumlar birləşdirildi
- Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu