Bakı-Qroznı reysi ilə uçan AZAL-ın “Embraer ERJ-190” təyyarəsi güclü GPS tıxanmasına məruz qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Flightradar” qlobal uçuş izləmə xidmətinin X səhifəsində məlumat yayılıb.
“J28243 nömrəli reys saat 03:55-də (Bakı vaxtı ilə 07:55) Bakıdan yola düşüb və Qroznıya istiqamət alıb. Təyyarə güclü GPS tıxanması ilə üzləşib və bu da onun yanlış ADS-B məlumatlarını ötürməsinə səbəb olub. Saat 04:40-də (Bakı vaxtı ilə 08:40) ADS-B siqnalını itirdik. 06:07-də (Bakı vaxtı ilə 10:07) ADS-B siqnalını 06:28-də (Bakı vaxtı ilə 10:28) qəzaya uğramazdan əvvəl tutduq”, - məlumatda qeyd olunub.
“Tenqrinyus”un verdiyi məlumata görə, AZAL-ın qəzaya uğrayan təyyarəsi Aktau vaxtı ilə 11:20-də (Bakı vaxtı ilə 10:20) təcili qəza enişi istəyib.
“Kazinform” isə Mangistau vilayətinin Səhiyyə İdarəsinə istinadla yazıb ki, təcili qəza enişi tələbi ilə 1-ci dərəcələ fövqəladə çağırış 10:58-də (Bakı vaxtı ilə 09:58) daxil olub.
Yayılan son görüntüdə AZAL təyyarəsinin Aktau limanı yaxınlığında dövrə vurduğu, enməyə cəhd etdiyi, buna nail olmadığı və sahilə düşdüyü əks olunub.
Qeyd edək ki, Bakıdan Qroznıya uçan təyyarənin duman səbəbindən əvvəlcə Mahaçqalaya, daha sonra Aktauya istiqamətləndirildiyi haqda məlumat yayılıb. “Rosaviasiya” isə quş sürüsü ilə toqquşduqdan sonra kapitanın özünün Aktau limanını seçdiyini bildirib.
Hava gəmisində 62 sərnişin, 5 ekipaj üzvü olub. İlkin məlumata görə, 28 nəfər sağ qalıb.
- “İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir
- Tələyə düşən İranın qisası: Tehran Türkiyəyə də zərbə endirəcək?
- ABŞ bombardmana hazırlaşır: B-2-lər göndərildi
- Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında
- Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi
- Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!
- Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video
- Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi