Vaxtilə Ermənistan Rusiyanın istəyi ilə Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə yardım və hərbi heyət göndərmişdi. İndi isə Azərbaycan Türkiyə ilə birgə Suriyanın keçici hökumətinə dəstək verir. Bunun özü göstərir ki, geosiyasi durum Türkiyənin və Azərbaycanın xeyrinə dəyişir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu XİN rəhbərinin müavini Yalçın Rəfiyevin Dəməşqdə səfərdə olması və keçirdiyi görüşlər, eyni zamanda ötən gün Azərbaycanın Suriyaya 200 ton yardım göndərməsi haqda qeyd edib.
“Azərbaycan Suriya ilə münasibətlərdə yeni səhifə açır. Suriyada etirazlar başlayandan sonra Türkiyəni düşmən sayan Bəşər Əsəd Azərbaycana da eyni gözlə baxır, Ermənistanın işğalçı siyasətinə dəstəyini ifadə edirdi. Bu səhifə qapanıb, Suriyada hakimiyyətə Türkiyəyə dost qüvvələr gəldiyindən Dəməşq Azərbaycanla da tərəfdaşlıq münasibətləri qurmaq istəyir. Sərnişin təyyarəmizin vurulması səbəbindən Azərbaycan - Rusiya münasibətlərinin gərginləşməsi fonunda ölkəmizin Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməklə yanaşı Suriyanın simasında tərəfdaş ölkə qazanması da əhəmiyyətlidir”.
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı
- Etimad Başkeçidin ailəsinə qarşı kiberhücum
- Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla...
- Anass Derrazın cəzası azaldıldı