Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin "qara qutuları"nın təhlilinə başlayıblar.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Qazaxıstandan olan 3 müstəntiq, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) məlumatları təhlil edirlər.
Mütəxəssislər qara qutulardan məlumatların çıxarılması və təhlili üzərində işləyirlər, bunlarda pilotların söhbətlərinin yazıları və qəza anına qədər bütün uçuş zamanı təyyarənin vəziyyəti haqqında məlumatlar var.
CENIPA baş verənləri simulyasiya etmək və faciənin səbəblərini müəyyən etmək üçün virtual reallıqdan istifadə edərək qrafik rekonstruksiya yaratmağı planlaşdırır. Braziliyada edilən təhlillərin nəticələri Qazaxıstanın məsuliyyətində olan istintaqın yekun hesabatına daxil ediləcək.
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı
- Etimad Başkeçidin ailəsinə qarşı kiberhücum
- Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla...
- Anass Derrazın cəzası azaldıldı