2024-cü ilin dekabrən 25-də Aktauda qəzaya uğrayan AZAL-ın “Embraer 190” sərnişin təyyarəsinin fotoları yayımlanıb.
BUTA.TV AnewZ-a istinadən xəbər verir ki, təyyarəsinin gövdəsi və digər hissəsinin qalıqlarına yaxından nəzər saldıqda qəzanın xarici müdaxilədən sonra baş verdiyi aydın şəkildə görünür.
Qalıqların üzərində qəlpə və zərbə izləri qalmaqdadır. Bütün bunlar təyyarənin quşla toqquşması, yaxud daxilində qaz balonunun partladığına dair iddiaların doğruluğunu şübhə altına alır.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Görüntüləri təqdim edirik:
- 33 il sonra Kəlbəcərin ilk məzunu - Foto
- Zeynəb Xanlarova həyat yoldaşından danışdı - Video
- Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olundu
- ADY regionlara əlavə qatar reysləri təyin etdi
- Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı
- Etimad Başkeçidin ailəsinə qarşı kiberhücum
- Allahverdi Bağırovun qızı etiraz etdi: Atam Balasanyanla...
- Anass Derrazın cəzası azaldıldı