Ermənistan sərhədin bir neçə istiqamətində atəşkəsi pozub. Sülh gündəliyinin müzakirə edildiyi vaxt İrəvanın təxribatlara əl atması suallar yaradır: məqsəd nədir?
Ötən ilin noyabr ayında Polşa Prezidenti Andjey Dudanın Arazdəyənə səfəri vaxtı sərhəddə təxribat hücumlarının ola biləcəyi haqda yazmışdıq. Məqsəd Avropa Birliyinin müşahidə missiyasının vaxtının uzadılmasına zərurətin yaradılmasıdır.
AB missiyasının müddəti 19 fevral tarixində başa çatır. Missiyanını vaxtının uzadılmasında hər iki tərəf – İrəvan və Brüssel maraqlıdır.
- İrəvan üçün bu missiya həm Azərbaycan qarşısında, həm Rusiya qarşısında “qalxan” rolunu oynayır, həm də Avropa ilə əsas bağlantı rolunu oynayır, xüsusilə Trampın gəlişindən sonra İrəvanın Brüsselin orbitinə daha çox yaxınlaşacağı gözləntiləri fonunda;
- Brüssel üçün bu missiya Cənubi Qafqazda mövcudluğun əsas platformasına çevrilib, xüsusilə Gürcüstandakı “məğlubiyyətdən” sonra;
Duda da İrəvana Polşa prezidentindən daha çox, Avropa Birliyinə 2025-ci ildə sədrlik edəcək ölkənin rəhbəri kimi gəlmişdi, onun Arazdəyəndə AB müşahidəçilərini ziyarət etməsi də bundan qaynaqlanırdı. Polşa prezidentinin ziyarətindən dərhal sonra Fransanın İrəvandakı səfiri başda olmaqla, AB-yə üzv ölkələrin diplomatları müşahidə missiyasının fəaliyyətini izləmək üçün sərhəd bölgələrinə səfər etdilər. Məqsəd missiyanın zəruriliyini ispatlamaq üçün hesabatların hazırlanması idi. Çünki 19 fevrala – missiyanın müddətinin bitməsinə qədər Avropa İttifaqı vaxtın uzadılması ilə bağlı yekdil qərar qəbul etməlidir. İstisna deyil ki, diplomatların təqdim etdikləri hesabatlar bu müzakirələrdə təqdim olunacaq.
Bu, missiyanın vaxtının uzadılması istiqamətində birinci addımdır. İkinci addım sərhəddə təxribatların törədilməsi ilə missiyanın zəruriliyini isbatlamaqdır. Sərhəddə atəşkəsin pozulması bu prosesin başlandığını göstərir və müşahidə missiyasının gələcəyinin AB-də müzakirəyə çıxarılmasına qədər bu cür təxribatlar davam edə bilər.
- Gürcüstanda ilk dəfə azərbaycanlı qadın leytenant oldu
- Paşinyandan Qarabağla bağlı üç etiraf...
- İrəvanı Moskva asılılığından Bakı xilas edəcək - Sekuta
- Azərbaycan və Suriya arasında görüş: Təhlükəsizlik...
- Müharibə vaxtı Azərbaycanın İsrailə yardım etməsi... - İran
- Bakı, Daşkənd və Aşqabad birgə bəyanat qəbul etdi
- Zəngəzur dəhlizindən nə qədər gəlir əldə olunacaq? - Uraloğlu
- Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik