Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burda sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir.
BUTA.TV xəbər verir ki. bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallara müsahibəsində deyib.
“Axı o, öz başına gəlib orda oturmayıb. Onu kim təyin edib, biz yaxşı bilirik. Onun reaksiyası nədir? O bunu dəstəkləyir, yoxsa yox? Və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?
İranın Xarici İşlər Nazirliyinin açıqlaması kifayət deyil. “Təəssüf hissi...” Burada açıq təhqir olub – həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar – rəsmi tədbirdə, canlı yayım gedən zaman. Və sadəcə, “təəssüf bildirmək”? Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır, ən azı, vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Məsələ bundadır”.
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi