Ermənistan “Sülh qovşağı” layihəsini təqdim edib və onu reallaşdırmağa hazırlaşır. Gündəmimizdə başqa layihə yoxdur. “Sülh qovşağı” layihəsi regionda bütün nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistan vasitəsilə Azərbaycan-Azərbaycan və Azərbaycan vasitəsilə Ermənistan-Ermənistan əlaqələrinin açılmasını nəzərdə tutur.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan yerli mediaya açıqlamasında deyib.
“Mən artıq bəyan etmişdim ki, biz Azərbaycan tərəfinə Arazdəyən- Sədərək-Ordubad-Mehri-Zəngilan dəmir yolu xəttinin açılması ilə bağlı çox konkret təkliflər etmişik. Bu, təklifdən də artıqdır – konkret məsələlərin konkret həllidir və biz Azərbaycan tərəfindən müsbət reaksiya gözləyirik. Bundan sonra əldə olunan razılaşma yazılı şəkildə təsbit olunacaq və biz dəmir yolunun tikintisinə başlayacağıq”, - o bildirib.
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi