Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor təyin olunub.
BUTA.TV xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, sözügedən vəzifə Güvən Çolaka həvalə olunub.
Məlumata görə, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı təyinat münasibətilə Güvən Çolakı qəbul edib. Görüş çərçivəsində İnstitutun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bundan əvvəl Bakı Yunus Əmrə İnstitutunun direktoru vəzifəsini Səlcuq Karakılıç icra edib.
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi