Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
BUTA.TV xəbər verir ki, görüş zamanı Əli Əkbər Əhmədian həmçinin Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb və bütün bunlara görə çox sevindiklərini vurğulayıb.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanın işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın etdiyi, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyduğu, ibadət ocaqlarında donuz və inək saxladığını xatırladıb.
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi