Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur “Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.
BUTA.TV-ın əldə etdiyi məlumata görə, həmin ərazidə yerləşən “Green cafe”, “Bakı restoranı”, “Ciyərxana” kimi obyektlər də söküləcək.
Nərimanov RİH-dən bu barədə sorğumuza cavab olaraq bildirilib ki, bu, onların səlahiyyətində deyil.
Maraqlıdır ki, “Şuşa” restoranının sökülməsi haqda məlumatı Nərimanov RİH yaymışdı. Görünür, parkın yarısı Nərimanov İH-in “səlahiyyətinə” aiddir, yarısı yox!
Xatırladaq ki, ötən gün Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumatda “Şuşa” restoranının ərazisinin park statusu daşıdığı, buna görə restoranın söküldüyü bildirilmişdi.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsapdakı problem aradan qalxdı - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı