Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) aviaşirkətləri Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Qroznıda HHM sisteminin hücumuna məruz qalması nəticəsində Aktauda qəzaya uğramasından sonra Moskva, Sankt-Peterburq, Yekaterinburq, Rostov-Don və Samara daxil olmaqla, Rusiyanın beş şəhərinə uçuşları dayandırmağa çağırıb.
BUTA.TV xəbər verir ki, EASA öz tövsiyəsini Ukraynaya qarşı davam edən müharibə ilə əsaslandırıb. Belə ki, hakimiyyət orqanları ilə hərbçilər arasında zəif koordinasiya, eləcə də yanlış identifikasiyanın Rusiya səmasında mülki təyyarələrə təsadüfi hücum riski yaratdığı vurğulanıb.
“Xüsusilə, Ukrayna raketləri və pilotsuz təyyarələrinin ölkənin dərinliklərinə buraxılmasına cavab olaraq işə salınan Rusiya hava hücumundan müdafiə sistemi təhlükə yaradır”, - məlumatda bildirilib.
Hazırda AB-nin heç bir aviaşirkəti Rusiyaya və ya Rusiya üzərindən uçuşlar həyata keçirmədiyi üçün EASA-nın tövsiyəsi müharibə ilə bağlı risklərə baxmayaraq, bunu davam etdirən üçüncü ölkə daşıyıcılarına ünvanlanıb.
Tövsiyə 31 iyul 2025-ci il tarixinədək qüvvədə qalacaq, lakin təhlükəsizlik vəziyyətindən asılı olaraq daha əvvəl nəzərdən keçirilə və ya geri götürülə bilər.
Artıq yeddi xarici aviaşirkət Rusiyaya uçuşları qismən ləğv etmək barədə qərar qəbul edib. Onların arasında Qazaxıstanın “Qazaq Air”, İsrailin “El Al”, Ərəbistanın “Flydubai”, Serbiyanın “Air Serbia”, Özbəkistanın “Qanot Şərq” və Türkmənistan Hava Yolları var.
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir