Aktyor Azər Baxşəliyev donor transplantasiyası əməliyyatından könüllü imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin direktoru Yeganə Abbasova APA TV-yə müsahibəsində bildirib.
O, Azər Baxşəliyevə 4 il əvvəl böyrək transplantasiyasının icra edildiyini xatırladıb.
“Onun donoru anası idi. 4 ildən sonra təkrar qohum olmayan donorla müraciət edildi. Bütün sənədlər hazırlanmışdı, donordan razılıq alınmışdı, notarial təsdiq edilmişdi və sənədlər tam hazır halda Etika Komissiyasına göndərilmişdi. Azər Baxşəliyev özü əməliyyatdan (orqan nəqlindən) imtina etdi. Səbəb əməliyyatdan sonra donor üçün olan risklər idi. Bununla bağlı ərizə var və orada könüllü imtina halı qeyd edilib”, - Mərkəzin direktoru vurğulayıb.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. O, yanvarın 5-də vəfat edib.
- Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf
- Kazinoların açılması ilə bağlı layihə ilk oxunuşdan keçdi
- Paşinyan “Turan birliyi”ni dəstəklədi - İstanbulda şok cavab
- Növbəti addım: Naxçıvanın muxtar statusu ləğv edilir?
- Putinin “rus əsgəri çəkməsi” bəyanatı və Bakının addımı…
- Paşinyan Türkiyəyə buna görə gedibmiş - İnanılmaz detallar
- Şuşa Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır
- Paşinyanın tarixi səfəri – Ərdoğandan 3 istəyi var…