Xəbər verdiyimiz kimi, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Piran və Zərigüməco kəndlərinin sakinləri ilə görüş keçirib.
Görüşdəki fotolarda həmin zalda sakinlərin oturduğu hissədə deyil, yalnız Ə.Abbasovun oturduğu masanın yanında iki istilik sobasının qoyulması müzakirələrə səbəb olub.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, icra başçısı Əkbər Abbasovun qalmaqala səbəb olan görüntüləri Lerik Rayon İcra Hakimiyyətinin saytından silinib.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov 4 dekabr 2024-cü ildə Osyodərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sakinlərlə görüş keçirərkən orada da onun isinməsi üçün qırmızı istilik sobası qoyulub.
Həmin görüşdən şəklə isə fotoredaktor proqramı ilə əl gəzdirilərək sobanın görüntüsü oradan silinib.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsapdakı problem aradan qalxdı - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı