Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub.
Həmçinin Gürcüstan xarici işlər nazirinin Azərbaycana planlaşdırılan rəsmi səfərinin təfərrüatına, habelə Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın 10-cu iclasının yaxın günlərdə Bakıda keçirilməsi məsələsinə toxunulub.
Qeyd edək ki, hökumətlərarası komissiyanın 9-cu iclası 2022-ci il dekabrın 15-də Tiflisdə keçirilib.
- Sosial şəbəkələr çökdü
- “Facebook” və “Instagram” çökdü
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı
- “Sədərək”də biznesmen bıçaqlandı