Amerikanın regiondakı bütün maraqları bizim hədəfimiz altında yerləşir.
BUTA.TV xəbər verir ki, bu sözləri İran ordusunun quru qüvvələrinin komandanı, briqada generalı Keyumərs Heydəri deyib.
“Düşmən İrana qarşı hibrid müharibəyə başlayıb və biz həmişə düşmənlə üzbəüz qarşılaşmağa hazır olmalıyıq. Düşmənin psixoloji və hibrid müharibəsinin məqsədi ictimai rəyə hakim olmaq və ağılları qeyri-qanuni maraqlara yönəltməkdir. Ona görə də düşmənin bu yanaşmasını idarə etmək və mübarizə aparmaq gündəmdə olmalıdır”, - o bildirib.
Heydərinin sözlərinə görə, İran ordusunun quru qüvvələrinin bölgədəki bütün tankları, helikopterləri və pilotsuz təyyarələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib:
“Amerikanın regiondakı bütün maraqları bizim diqqətimizdədir və bizim əməliyyat potensialımız var”.
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı
- “Sədərək”də biznesmen bıçaqlandı