Azərbaycan maliyyə nazirinin səlahiyyətlərini icra edən şəxs məlum olub.
BUTA.TV Teleqraf.com-a istinadla xəbər verir ki, hazırda nazirin vəzifələrini nazir müavini Azər Bayramov yerinə yetirir. O, 2004-cü ildən nazir müavini postunda çalışır.
A.Bayramov xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, maliyyə nazirinin bir birinci müavini və üç müavini var. Hazırda isə maliyyə nazirinin birinci müavin və digər iki müavin vəzifəsi boşdur.
Yanvarın 10-da maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub. O, 2006-cı ildən bu vəzifədə çalışırdı.
- Sosial şəbəkələr çökdü
- “Facebook” və “Instagram” çökdü
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı
- “Sədərək”də biznesmen bıçaqlandı