Los-Anceles vilayətində baş vermiş meşə yanğınları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə Baş Konsulluğun qaynar xəttinə məlumat daxil olmayıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov deyib.
O bildirib ki, Baş Konsulluq mütəmadi olaraq Azərbaycan vətəndaşlarının yanğınlar zamanı mümkün xəsarət alması ilə bağlı ABŞ tərəfinə məlumat sorğusu göndərir.
“13.01.2025-ci il tarixində yerli vaxtla səhər 9:30-a (Bakı vaxtı ilə 21:30) olan məlumata əsasən ABŞ tərəfindən Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb. Habelə, yanğından təxliyə edilmiş insanlar üçün təsis edilmiş sığınacaqlarda vətəndaşlarımız olarsa və onlara yardım tələb olunarsa, sığınacaqlardan Baş Konsulluğa məlumat verilməsi gözlənilir”,- baş konsul bildirib.
Azərbaycan vətəndaşlarından təcili konsulluq yardımına ehtiyacları olduğu halda +13109234540 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunub.
- Anass Derrazın cəzası azaldıldı
- Azərbaycan millisi finala vəsiqə qazandı - Foto
- Prezidentdən aeroportlar haqda - Fərman
- Şərti düşmənin diversiya qrupları məhv edildi - Video
- Ağdaşda regional müşavirə keçirildi
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərova hökm oxundu
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi