Nikol Paşinyanın planının şifrələri bəlli olmağa başlayır. O, əvvəlcə hökumətin iclasında Ermənistanın Avropa Birliyinə daxil olması prosesinin başlanmasına dair qanun layihəsini təsdiq edir və parlamentə göndərir, ikinci mərhələdə İrəvanla Vaşinqton arasında məxfi şəraitdə hazırlanan strateji tərəfdaşlıq sazişi imzalayır. Yəqin növbəti mərhələ Ermənistanın rəsmən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın ABŞ-a səfəri və Amerika ilə strateji tərəfdaşlıq sazişinin imzalanacağı haqda məlumatı şərh edərkən deyib.
“İrəvan Brüssel və Vaşinqtonla strateji tərəfdaşlığı gücləndirməklə özünü Rusiya təhlükəsindən sığortalamağa çalışır. Ermənistan hökuməti Brüssel və Vaşinqtonla yaxınlaşmaqla eyni zamanda AB və ABŞ-ın Azərbaycanla əlaqələrinə mənfi təsir etməyə çalışacaq. İrəvanın bu oyununu pozmalıyıq. Rəsmi Bakının Brüssel və Vaşinqtonla münasibətlərindəki mövcud suallara rəğmən, ABŞ və AB ilə dialoq kanallarını açıq tutmalıyıq”, - politoloq qeyd edib.
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir