Ukrayna ilə ABŞ arasında 2021-ci ildə Strateji Tərəfdaşlıq Xartiyası adlı müqavilə imzalandı. Nizamnamənin 2-ci bölməsi “Təhlükəsizlik və Rusiya təcavüzünə qarşı mübarizə” adlanır. Ukrayna bundan nə əldə etdi? Ölkə yüz minlərlə qurbanı olan böyük bir müharibə cəbhəsinə çevrildi. Donbas və digər mühüm əraziləri itirdi.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
O bildirib ki, ABŞ-ın Bayden administrasiyası Zelenski ilə birlikdə Ukraynanı böyük bir poliqona çevirdi:
“Bu gün Ukraynanın dinc gələcəyi sual altındadır. Əslində, Nikol rejiminin qərbyönlü “rəqsi” Ermənistanının xarici siyasi vektorunun dəyişməsinə səbəb oldu. Təhdidlər azalmayacaq, artacaq. Ermənistanın təhlükəsizliyini qorumaq üçün heç bir Qərb əsgəri gəlməyəcək”.
E.Şarmazanov qeyd edib ki, müqavilə mümkün ABŞ-İran münaqişəsi halında Ermənistan üçün ciddi problemlər yaradacaq:
“Belə qarışıq geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri korlamaq sadəcə olaraq axmaqlıqdır. Mümkün təcavüz halında Ermənistanı kim qoruyacaq? Qərb? 100 il əvvəl Qərbin gözəl vədlərinə ümid bağladıq və nəticədə İrəvanın qapısında türkləri qarşıladıq. O zaman Ermənistan türk hərbi varlığından yalnız sovetləşmə sayəsində xilas oldu. İndi Ermənistanı kim xilas edəcək?”
Keçmiş vitse-spiker bənzər sazişin Gürcüstanla da imzalandığını, lakin Tiflisin işğal altında olan Cənubi Osetiya və Abxaziyanı qaytara bilmədiyini xatırladıb.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər