Londonun Hitrou hava limanının rəhbərliyi dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı məktubu ünvanlayıb.
BUTA.TV xəbər verir ki, “Azərbaycan Hava Yolları”na ünvanlanan məktubda Hitrou hava limanının rəhbərliyi baş verən faciəvi hadisənin onları dərindən kədərləndirdiyini bildirib. Onlar aeroport adından həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, “Azərbaycan Hava Yolları” icmasına güc və dəstək diləklərini çatdırıblar: “Bu çətin dövrdə belə bir dərin itki ilə üzləşən hər kəsin düşüncələrimizdə və dualarımızda olduğunu bilməsini istəyirik. Xüsusilə, bu faciəvi vəziyyətlə üzləşən pilotların və ekipaj üzvlərinin cəsarəti və peşəkarlığı böyük təqdirə layiqdir. Azərbaycan Prezidenti tərəfindən onlara Milli Qəhrəman adı verildiyini, sağ qalan iki ekipaj üzvünün isə yüksək mükafatlarla təltif edildiyini öyrənmək bizim üçün böyük şərəfdir”, – məktubda qeyd olunub.
- Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?
- Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video
- Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...
- Xəzər dənizində nüvə təhlükəsi var - Zaxarova
- Nə qədər ki, Rusiya və İranın başı qarışıb, Azərbaycan...
- Bakı “Rus evi” ilə bağlı cavab verməyib – Primakov
- Əliyevlə Ərdoğanın İrəvan müzakirəsi: Nikolun etdikləri...
- Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır