İran Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi və imzalanması üçün səy və köməyini əsirgəməyəcək.
BUTA.TV xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Arakçı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.
“İran Ermənistan və Azərbaycanla konstruktiv münasibətlərə malikdir. İran davamlı sabitlik və təhlükəsizliyin bərqərar olması və regionda hərtərəfli inkişaf və tərəqqi prosesinə töhfə vermək üçün iki ölkə arasında sülh sazişinin imzalanmasının sürətləndirilməsinə çağırır”, - Arakçı bildirib.
Qeyd edək ki, Qriqoryan “Tehran Dialoq Forumu 2025”ə qatılmaq üçün İranda səfərdədir. O, bu gün Araqçi ilə görüş keçirib.
- Putinin onu təbrik etməməsinə ironiya ilə cavab verdi
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz