Türkiyəli məşhur bloger Mustafa Can Sefil Gəncədə döyülərək öldürüldüyü deyilən 18 yaşlı 11-ci sinif şagirdi Elgün İbrahimovla bağlı paylaşım edib.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, əsasən əyləncəli kontent və Türkiyə ictimaiyyətindəki hadisələrə münasibət bildirməsi ilə tanınan Sefil, Elgünün qətlinə xüsusi diqqət çəkib.
O, bu məsələnin həllini tapması üçün daha geniş ictimaiyyətə çatdırılmasının doğru olduğunu söyləyib və izləyicilərinə müraciət edib:
“Elgünün ölümü vəhşilikdir. Azərbaycanda çox sayda insan Türkiyədə törədilən qadın və uşaq cinayətlərinə, həm qadınlara, həm də kişilərə edilən haqsızlıqlar qarşısında hər zaman səs çıxarmağa çalışıblar. Mən bu kimi hadisələrdə ölkədən kənarda da ictimai fikrin formalaşmasının prosesə təsir etdiyini düşünürəm. Onlar bizim səsimiz olduğu kimi, sən də onların səsi ol”.
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq