Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması nəinki mümkün, həm də realdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş nazir Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumu zamanı deyib.
Onun sözlərinə görə, Ermənistan hökuməti sülh gündəmini həyata keçirməkdə qərarlıdır:
“Biz bu yola tam sadiqik və bütün regionda vəziyyəti dəyişdirəcək və xalqlarımızın gələcəyinə təsir edəcək sülh müqaviləsi və onu müşayiət edən sənədlərin imzalanması məqsədi ilə Azərbaycanla danışıqları davam etdirməyə hazırıq”.
Paşinyan vurğulayıb ki, Ermənistan sülhün lehinə addımlar atmağa hazırdır. O, hətta mümkün təxribatlar qarşısında belə iki ölkə arasında yeni müharibənin olmayacağına əminliyini ifadə edib:
“Bizim yolumuz sülhdür. Ermənistanın məqsədi qonşuları ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan sabit və aydın münasibətlər qurmaqdır”.
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq