Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana konkret təkliflər verib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq “İrəvan Dialoqu” Forumunda çıxışı zamanı bildirib.
“Müzakirələr davam edir və Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili (yolların açılması) ilə bağlı Azərbaycana konkret təkliflər verilib”, - baş nazir deyib.
Nikol Paşinyan əlavə edib ki, Azərbaycan və Türkiyə ilə yollar açılanda Şimalla Cənub, Qərblə Şərqi birləşdirməyə yeni imkan yaradacaq.
- Anar Bayramova yeni müavin təyin edildi
- TƏBİB-ə direktor müavini təyin olundu
- Laqunda ayağını doğradı, qan itirmədən öldü
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə seminar keçirilib
- “Apreldə Bodruma turpaket aldıq, indi əlavə 330 manat istəyirlər”
- Məhərrəm ayı başlayır
- Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
- Sabah yağış yağacaq