Bu gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı razılaşmaya münasibət bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
F.Mühacirani brifinqdə jurnalistlərin qarşısına İran, Azərbaycan və Ermənistan sərhədlərinin əks olunduğu xəritə ilə çıxıb.
Hökumətin sözçüsü jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Zəngəzur dəhlizi kimi tanınan bu bölgə İran-Ermənistan sərhəd xəttinin yalnız kiçik bir hissəsidir.
"İran üçün bölgədə sabitliyin təmin olunması, ölkələrin ərazi bütövlüyünün qorunması və mövcud suverenliklərin pozulmaması əsas prioritetlərdəndir. Xarici aktorların bölgəyə müdaxiləsi bizi narahat edir və bu prosesləri çox yaxından izləyirik", - deyə sözçü vurğulayıb.
Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı diplomatik izahatlar verdiyini açıqlayan Mühacirani qeyd edib:
"Media məsələni elə təqdim edir ki, sanki İran bütün şimal sərhədini itirib. Reallıqda bu bizim üçün ciddi sərhəd itkisi anlamına gəlmir".
- Cabirin dəfnində bu foto rezonans yaratdı
- Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Dəhşətli foto
- İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi
- Britaniyada matəm elan edildi
- Cabir İmanovla bağlı şok iddia yayıldı