Rusiya "Azərbaycana qarşı çoxölçülü zərərvericilik" siyasətinə keçib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu "Strategiya XXI" Qlobalistika Mərkəzinin prezidenti Mixail Qonçar Rusiya hərbçilərinin Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib.
Onun fikrincə, Ukraynada SOCAR-ın obyektlərinə edilən hücumlar "acizlikdən doğan qisas" aksiyalarıdır.
Qonçarın sözlərinə görə, Azərbaycan Avropa Birliyinin qaz bazarında iştirakını artırır və Moskva buna qarşı heç nə edə bilməyəcək.
Bununla yanaşı, o vurğulayıb ki, bu gün Azərbaycan güclü mövqedədir və bunu hiss edir, çünki ölkənin enerji daşıyıcılarına maraq, o cümlədən ABŞ şirkətlərinin marağı yalnız və yalnız artır.
"Bu gün onlar özlərini güclü mövqedə hiss edirlər. ABŞ-nin “Exxon Mobil” şirkəti Xəzər dənizində Azərbaycanın hələ işlənməmiş "Qarabağ" qaz yatağına maraq göstərir. Buna görə də düşünürəm ki, Azərbaycan zərbəyə davam gətirəcək", - politoloq vurğulayıb.
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...