Qurulev və bir çox digər rusiyalı hərbçilər hələ də düşünürlər ki, baş sadəcə furaşka taxmaq üçündür.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulevin Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlara cavab verərkən deyib.
Musabəyovun sözlərinə görə, Qurulev və digər rəsmilər Azərbaycanla Rusiya arasındakı sərhədin coğrafi reallıqlarını başa düşmürlər:
“Xahiş edirəm, xəritəni açın və baxın. Sizə hərbi akademiyalarda öyrədilənlər hara gedib? Azərbaycan ilə Rusiya sərhədi böyük Qafqaz dağları ilə ayrılır. Siz necə düşünürsünüz ki, bu dağları aşaraq Azərbaycana qarşı xüsusi əməliyyat keçirəcəksiniz? Və ya Azərbaycan sahillərində desant əməliyyatı təşkil edəcəksiniz? Bu, mümkün deyil, bunu etməyə cəhd edənlərin qırıntıları belə qalmaz!”
Deputat əlavə edir ki, Azərbaycan Ordusu hazırda texniki baxımdan və heyət tərkibi baxımından Rusiya Silahlı Qüvvələrinin Qafqaz bölgəsindəki birləşmələrindən qat-qat üstündür:
“Azərbaycan ordusu həbsxanalardan toplanan qüvvələrdən ibarət deyil. Rusiyanın Qafqazda birləşdirdiyi ordudan dəfələrlə güclüdür. Rusiya bununla Azərbaycanı qorxutmağa çalışır, amma bu boş işdir".
Qeyd edək ki, rusiyalı deputat Rusiya hökumətini Azərbaycanla ticarət əlaqələrini dayandırmağa çağırıb, habelə Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat”ın keçirilməsindən dəm vurub.
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...