Ermənistan və bizim partiyanın Qarabağ sakinlərinin (Azərbaycanın bu bölgəsindən könüllü getmiş erməniləri nəzərdə tutur – red.) kollektiv şəkildə geri qaytarılması ilə bağlı gündəliyi yoxdur.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Arusyak Julhakyan deyib.
“Azərbaycana qayıtmaq istədiyini, qayıda biləcəyini düşünən ayrı-ayrı şəxslər varsa, əlbəttə, onlar fərdi qaydada buna cəhd edə bilərlər. Amma biz Qarabağ sakinlərinin kollektiv şəkildə qayıtmasını real hesab etmirik, çünki buna heç bir beynəlxalq mexanizm və ya təminat yoxdur. Biz nə qədər hakimiyyətdəyik, Ermənistan Respublikası bu məqsədi güdməyəcək”, - deputat qeyd edib.
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...