12 günlük müharibə zamanı və ondan əvvəl İranın nəfinə casusluq etmiş şəxslər arasında Azərbaycan vətəndaşı da var.
BUTA.TV Yenisabah.az-a istinadən xəbər verir ki, "Nyu York Tayms" nəşri bir israilli cütlük haqqında başlayan faktla İsraildə casusluq dalğası barədə geniş yazı dərc edib.
"Teleqramda asan pul qazanma təklifini qəbul etmiş 31 yaşlı İsrail vətəndaşı Vladislav Viktorson və və onun 19 yaşlı ortağı Anya Bernşteyn 2024-cü ilin oktyabrında həbs ediliblər. Onlar kimi bir çox israilli divarlarda qraffiti çəkməkdən tutmuş 100 min dollar müqabilində sui-qəsd planına iştirak etməyə qədər bir çox əməliyyatlarda iştirak edib.
"Müttəhimlərdən birinə, İsrailin cənubunda yaşayan Azərbaycan vətəndaşına həssas hərbi obyektlər boyunca marşrutunu qeyd etmək və üzü Hayfa limanına baxan mənzil kirayələmək tapşırılıb. İttihama görə, daha iki nəfərə də İsrail Müdafiə Nazirliyinin yaxınlığında kameralar quraşdırmaq əmri verilib, lakin onlar patrul maşını görüb dayanıblar", - deyə nəşr qeyd edib.
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...