Həm İran, həm də Rusiya ABŞ-ın vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında əldə olunmuş son razılaşmanı bir fürsət kimi qiymətləndirməlidir.
BUTA.TV xəbər verir ki, bunu İranın sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərif “Foreign Policy” jurnalında dərc olunan məqaləsində yazıb.
O, məqalədə ölkənin yeni siyasi kursa ehtiyac duyduğunu bildirib. Məqalədə Azərbaycanın son vaxtlar regionda təşəbbüsləri və Zəngəzur dəhlizinin işə düşməsinin İran üçün yaratdığı imkanlar xüsusi vurğulanıb.
Zərif İranın Almaniya, Fransa və Böyük Britaniya ilə nüvə proqramı üzrə danışıqlara qayıtmasının zəruriliyini vurğulayıb. O, İranın daimi təhlükə anlayışından imtina edərək “fürsətləri dəyərləndirmə paradiqmasına” keçməli olduğunu qeyd edib.
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...