Xəbər verdiyimiz kimi, diplomat Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri vəzifəsinə gətirilib.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, yeni diplomatın son iş yeri Fransanın Xarici İşlər Nazirliyi (XİN) olub.
Laqut Paris Siyasi Araşdırmalar Elmləri İnstitutunda İctimaiyyətlə Əlaqələr üzrə Magistr dərəcəsinə yiyələnib və 2008-ci ildə Fransa Xarici İşlər Nazirliyinə daxil olub. Parisdə Avropa İttifaqı Direktorluğunda məsul işçi kimi fəaliyyətə başlayıb.
2011-ci ildə o, Fransanın Avropa Birliyi yanında Brüsseldəki Daimi Nümayəndəliyinə qoşulub, burada iqlim və ətraf mühit, daha sonra daxili bazar üzrə danışıqlar aparan şəxs və məsul komandanın koordinatoru təyin edilib. 2015-2017-ci illərdə Fransanın İsraildəki səfirliyində mətbuat departamentinin rəhbəri vəzifəsində çalışıb.
O, 2017-2019-cu illərdə Avropa İşləri Naziri kabineti rəhbərinin müavini və Xarici İşlər Nazirinin Avropa məsələləri üzrə siyasi müşaviri vəzifələrində çalışıb.
Diplomat 4 il Fransanın Monrealda Baş Konsulu olub. Daha sonra isə Xarici İşlər Baş Müfəttişliyində vəzifə icra edib.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı