Məğlubiyyətin qiyməti var. 2022-ci ilin sentyabr müharibəsinin siyasi nəticələri hərbi nəticələrdən az faciəli olmadı.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ictimai xadim Vahram Martirosyan yazıb.
Onun sözlərinə görə, məhz Cermuk döyüşlərində Azərbaycan Ordusunun qazandığı qələbə Ermənistanı Qarabağın üzərində rəsmi Bakının suverenliyini tanımağa məcbur edib:
“Bu döyüşdə məğlub olan tərəf (Ermənistan - red.) bir neçə həftə sonra Praqada “artsax”ı (keçmiş qondarma rejim - red.) Azərbaycanın bir hissəsi kimi tanıyaraq Cermuk müharibəsini dayandırmağın bədəlini ödədi”.
“Qarabağ Cermukda təslim edildi. Onlar üçün bu, sadəcə olaraq, “döyüşdən sonrakı döyüş” idi. Biz bu döyüşü dayandırmağın bədəlini ödədik”, - Martirosyan vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verib. Döyüşlər zamanı Ermənistan tərəfi azı 300-ə qədər hərbi qulluqçu, xeyli sayda texnika itirib.
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi
- Bakıda 33 dərəcə isti olacaq
- TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına buradan start verildi
- Zakir Həsənov Serbiyada rəsmi səfərdədir - Foto
- Piterdəki Baş Konsulluğumuz bu tarixdə bağlı olacaq
- “Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq
- Azərbaycanda gələn həftə yüzlərlə obyekt bağlanacaq