Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyini təmin edə bilmir.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə xarici təhlükəsizliyi təmin etmək üçün əsas vasitələr hərbi-siyasi ittifaqlar və ordu hesab olunurdu, amma təcrübə göstərdi ki, bu yanaşma işləməyib:
"Xüsusilə KTMT məsələsində üç dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə "qardaş ölkə" kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni yanaşmanı Ermənistan üçün görmək isə mümkün olmayıb".
Baş nazir xatırladıb ki, 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında Ermənistan KTMT-yə müraciət edib:
"İkinci Qarabağ Müharibəsi zamanı Ermənistan KTMT-yə hərbi dəstək üçün müraciət edib. Lakin KTMT Ermənistanın müraciətinə cavab verməyib".
- Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür
- İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı
- Oqtay Şirəliyev vəfat etdi
- Britaniyada matəm elan edildi
- Cabir İmanovla bağlı şok iddia yayıldı
- Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...
- Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı
- Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi