ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.
Söhbət ermənipərəst Konqresmen Qabe Amonun rəhbərlik etdiyi və ANCA-nın dəstəyi ilə qəbul olunmuş “Dövlət Departamentinin mandatına düzəliş”dən gedir.
Təxribatçı layihə Bakıda həbs olan erməniəsilli hərbi cinayətkarların sərbəst buraxılmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü getmiş ermənilərin qaytarılmasını və burada “erməni mədəni obyektlərinin qorunması”nı nəzərdə tutur.
ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Bred Şerman da bundan əvvəl ABŞ Beynəlxalq Maliyyə Korporasiyasının (IDFC) Türkiyə və Azərbaycana yardıma mane olmağı nəzərdə tutan düzəliş təqdim etmişdi.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh üzrə razılaşmanın əldə edilməsi xaricdəki, xüsusən də ABŞ-dəki ermənipərəst dairələri fəallaşdırıb. Cidd-cəhdlə sülh razılaşmasına qarşı çıxan bu dairələrin məqsədi anlaşmaların pozulması, vəziyyətin əvvəlki hala gətirilməsidir. Açıq şəkildə bəyan edirlər ki, sülh sazişi imzalanmamalıdır.
Baş verənlərə etiraz edənlər arasında iki əsas qüvvə diqqət çəkir: ABŞ-dəki erməni diasporu və Ermənistanda Rusiyaya bağlı revanşist qruplar.
Görünən budur ki, pozucu cəhdlər və fəaliyyətlər davam edəcək. Bəs Ermənistan və dünya erməniləri sülh prosesinin pozulmasına və bunun mümkün (ağır) nəticələrinə hazırdırlarmı, bundan qazancları nə olacaq? Azərbaycan proseslərin istənilən inkişafına hazırdır.
- Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
- Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu
- Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı
- TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video
- Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...
- XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi
- Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən
- Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan